QR CodeQR Code

KİV: Niger ordusu 100-dən çox terrorçunu zərərsizləşdirib

19 Sep 2024 10:43

IslamTimes - Nigerin silahlı qüvvələri ölkənin cənub-qərbindəki Tillaberi bölgəsindəki əməliyyat çərçivəsində 100-dən çox terrorçunu zərərsizləşdirib.


“Report”un məlumatına görə, bu barədə RTN telekanalı xəbər yayıb.

"Quru və hava qüvvələrinin koordinasiyası sayəsində 100-dən çox terrorçu zərərsizləşdirilib, düşmənin mühüm maddi ehtiyatları da məhv edilib", - məlumatda deyilir.

Məlumata görə, Niger silahlı qüvvələri beş əsgərini itirib, 27 hərbi yaralanıb. Ölkə hakimiyyəti həlak olanların ailələrinə başsağlığı verib və zərərçəkənlərin tezliklə sağalmasını arzulayıb.


Story Code: 1160985

News Link :
https://www.islamtimes.com/az/news/1160985/kiv-niger-ordusu-100-dən-çox-terrorçunu-zərərsizləşdirib

Islam Times
  https://www.islamtimes.com