QR CodeQR Code

Tayvan polisi Livanda peycer partlayışları ilə bağlı "Gold Apollo" şirkətini yoxlayır

18 Sep 2024 09:21

IslamTimes - Tayvan polisi bu səhər Livanda peycerlərin partlaması səbəbindən bu cihazların istehsalı ilə məşğul olan "Gold Apollo" şirkətini yoxlamağa başlayıb.


Trend-in məlumatına görə, bu barədə "Çjunşi sinvenvan" infromasiya agentliyi xəbər verib.

Məlumata əsasən, polis şirkətdən peycerlərin istehsalı və məhsullarını satmağın yolları haqqında ətraflı məlumat istəyib.

"Gold Apollo" şirkəti 1995-ci ildə təsis edilib. Livan mətbuatının yazdığına görə, söhbət "AR-924" modelinin peycerlərindən gedə bilər.


Story Code: 1160742

News Link :
https://www.islamtimes.com/az/news/1160742/tayvan-polisi-livanda-peycer-partlayışları-ilə-bağlı-gold-apollo-şirkətini-yoxlayır

Islam Times
  https://www.islamtimes.com