QR CodeQR Code

Sayılı günləri qaldı - Makronu bitirəcək layihə təsdiqləndi

17 Sep 2024 21:18

IslamTimes - Fransa Milli Assambleyasında Prezident Emmnauel Makrona qarşı impiçment prosesinə başlamaq üçün qətnamə layihəsi təsdiqlənib.


Teleqraf.com xəbər verir ki, məlumatı Fransa mətbuatı yayıb.

Təşəbbüsü parlament seçkilərində qalib gəlsə də, hökumət quruculuğu prosesindən kənarda qalan solçu “Yenilməz Fransa” Partiyası irəli sürüb. Bu, həmin siyasi qüvvənin narazılığına səbəb olub.

Bu qərardan sonra Milli Məclisin üçdə ikisi (385 deputat) iki həftə ərzində sənədin lehinə səs verməlidir. Prosedurlar solçuların çoxluğa malik olmadığı Senatda baş tutmalıdır. Senat qətnaməni (232 səs) təsdiq edərsə, iki palata birgə iclasda toplanacaq və qətnamənin qəbulu üçün 925 parlamentaridən 617-si onu dəstəkləməlidir. Səsvermə uğurlu olarsa, Makron dərhal vəzifəsindən uzaqlaşdırılacaq.


Story Code: 1160650

News Link :
https://www.islamtimes.com/az/news/1160650/sayılı-günləri-qaldı-makronu-bitirəcək-layihə-təsdiqləndi

Islam Times
  https://www.islamtimes.com