QR CodeQR Code

Pentaqon Tayvana yararsız silahlar verib

15 Sep 2024 09:14

IslamTimes - Pentaqon yararsız silahların Tayvana təhvil verildiyini təsdiqləyib və nəticə çıxaracağına söz verib.


“Report” xəbər verir ki, bu barədə adanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Pentaqonun sözçüsü Pit Nquyen deyib ki, departament artıq Tayvana yardımın göstərilməsi mexanizmini təkmilləşdirmək üçün tədbirlər görüb.

Eyni zamanda o, əmin edib ki, Tayvan ABŞ-ın təhlükəsizlik sahəsində əsas tərəfdaşıdır: “ABŞ hökuməti müttəfiqinə tədarük edilən avadanlığın operativ istifadə üçün uyğun olmasını təmin etmək öhdəliyinə sadiq qalır”.


Story Code: 1160106

News Link :
https://www.islamtimes.com/az/news/1160106/pentaqon-tayvana-yararsız-silahlar-verib

Islam Times
  https://www.islamtimes.com