QR CodeQR Code

Nüfuzlu politoloq Azərbaycan hakimiyyətini xristian abidəsini maliyyələşdirməsinə görə tənqid etdi

SaharTV , 14 Sep 2024 07:35

Islamtimes - Ə.Oruclu: Əslində prezident Vatikana gedib, İtaliya çətirdir


Nüfuzlu politoloq Azərbaycan hakimiyyətini Vatikanda xristian abidəsini maliyyələşdirməsinə görə tənqid edib.
Ərəstun Oruclu öz feysbuk hesabından paylaşdığı yazıda bildirir: “Bu günlərdə dostlardan biri soruşdu ki, səncə İlham Əliyev İtaliyaya səfərə nə məqsədlə gedib? Dedim, əslində Vatikana gedib, İtaliya çətirdir, dekorasiyadır. Buyurun, İlham Əliyevin köməkçisi Anar Ələkbərovla Vatikan rəsmisi arasında Müqəddəs Pavel Məbədinin bərpasına dair müqavilə imzalanıb”.
Politoloq qeyd edir ki, Vatikan, İsrail, İngiltərə, Fransa, Rusiya ümumiyyətlə hara və kim olur-olsun, əsas odur ki, Azərbaycan insanına bu ölkənin sərvətlərindən bir parça quru çörək də çatmasın.
Xatırladaq ki, Vatikan və Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasında bərpa işlərinə dair müqaviləni sentyabrın 11-də müqavilə imzalanıb.
Azərbaycan Respublikasının Avropadakı xristian abidələrinin bərpasına külli miqdarda maliyyə ayırmasına baxmayaraq, Avropa ölkələri və qurumları vaxtaşırı olaraq Azərbaycanı Qarabağda xristian irsini məhv etməkdə ittiham edir.
Bir neçə il bundan əvvəl hökumət Parisdəki məşhur Luvr Muzeyinin də təmir işlərində yaxından iştirak etmişdi.
 


Story Code: 1159849

News Link :
https://www.islamtimes.com/az/news/1159849/nüfuzlu-politoloq-azərbaycan-hakimiyyətini-xristian-abidəsini-maliyyələşdirməsinə-görə-tənqid-etdi

Islam Times
  https://www.islamtimes.com