QR CodeQR Code

Ərəb Liqası ilə yenidən başladığımız əməkdaşlıq faydalı olacaq - Hakan Fidan

11 Sep 2024 11:54

IslamTimes - Ərəb Liqası ilə yenidən başladığımız əməkdaşlıq faydalı olacaq.


Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Türkiyə öz bölgəsində və bütün coğrafiyalarda sabitlik və sülhün bərqərar olmasının tərəfdarıdır.” – deyə o qeyd edib.

Fidan Qahirədə keçirilən görüşdə Qəzza başda olmaqla bütün ölkələr üçün vacib olan məsələləri müzakirə etdiklərini bildirib.

“Beynəlxalq ictimaiyyət İsraili dayandırmaq üçün birgə hərəkət etməlidir və müsəlman ölkələrinin üzərinə təbii ki, daha böyük məsuliyyət düşür. Biz Fələstinlilərin hüquqlarını müdafiə etmək üçün İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Liqası və D-8 kimi bütün platformalardan istifadə etməliyik.” – deyə Fidan qeyd edib.


Story Code: 1159362

News Link :
https://www.islamtimes.com/az/news/1159362/ərəb-liqası-ilə-yenidən-başladığımız-əməkdaşlıq-faydalı-olacaq-hakan-fidan

Islam Times
  https://www.islamtimes.com