QR CodeQR Code

İranın ballistik raketləri Blinkeni qorxuya salıb

11 Sep 2024 12:40

IslamTimes - Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi və ABŞ-ın Dövlət katibi Antoni Blinken Ukraynaya birgə səfər edəcəklər.


Trend xəbər verir ki, Antoni Blinken və Devid Lammi Londonda keçirdikləri danışıqlar zamanı Ukraynaya dəstək göstərməyin vacib olduğunu vurğulayıblar.

Onlar Rusiyanın Ukraynaya hücumlarını artacağına dair xəbərdarlıq ediblər.

Devid Lammi bildirib ki, bu, on il ərzində ilk birgə səfər olacaq və Qərbin Ukraynaya bağlılığını nümayiş etdirəcək.

ABŞ Dövlət katibi isə iddia edib ki, İran Rusiyaya qısamənzilli ballistik raketlər göndərib və Kreml çox güman, onlardan bir neçə həftə ərzində Ukraynada istifadə edəcək. Bunu bütün Avropa üçün təhdid adlandıran Antoni Blinken əlavə edib: “Onlarla Rusiya hərbçisi İranda 75 mil (təxminən 120 kilometr) uzaqlığa çata bilən qısamənzilli ballistik raket sistemindən istifadə etmək üçün təlim keçib”.


Story Code: 1159356

News Link :
https://www.islamtimes.com/az/news/1159356/iranın-ballistik-raketləri-blinkeni-qorxuya-salıb

Islam Times
  https://www.islamtimes.com