ABŞ iflasa uğrayır - Mask
10 Sep 2024 16:19
IslamTimes - ABŞ dövlət borcu üzrə faiz ödənişləri səbəbindən iflasa uğrayır.
Teleqraf.com xəbər verir ki, bunu amerikalı sahibkar İlon Mask deyib.
"ABŞ sürətlə iflasa uğrayır", - biznesmen vurğulayıb və ABŞ-ın dövlət borcu üzrə faiz ödənişlərinin ölkənin müdafiə büdcəsini keçdiyini qeyd edib.
"Müdafiə Nazirliyinin büdcəsi çox böyükdür. İldə 1 trilyon dollar təşkil edir", - Mask qeyd edib.
Mask əlavə edib ki, əgər ABŞ prezident seçkilərində Donald Tramp qalib gələrsə, hökumətin dövlət borcunu azaltmaq mümkün olacaq.
Story Code: 1159164