QR CodeQR Code

Cinayətkar İsrail yenə qaçqınları hədəf aldı -  60-dan çox şəhid var

إسلام تايمز , 10 Sep 2024 14:14

IslamTimes - Qaniçən İsrailin rejiminin Qəzza zolağının cənubunda yerləşən Xan Yunisdəki fələstinli qaçqın düşərgəsinə endirdiyi hava zərbəsi nəticəsində 60-dan çox dinc sakin həlak olub, 65 nəfər yaralanıb.


“Al Mayadeen” telekanalı məlumatına görə, partlayış yerində dağıntıların təmizlənməsi davam edir və şəhidlərin sayının artacağı istisna edilmir.

Qeyd edək ki, cinayətkar İsrail rejimi 11 aydır ki, ara vermədən Fələstin xalqının başına bomba ələməyə davam edir. Bu müddət ərzində əksəriyyəti uşaqlar və qadınlar olmaqla 41 mindən çox günahsız dinc sakin qətliam edilib.

Həyasız, cinayətkar İsrail rejimi dünyanın gözləri önündə məktəbləri, qaçqın düşərgələrini, xəstəxanaları hədəf alır və Fələstin xalqının soyqırımını davam etdirir.


Story Code: 1159149

News Link :
https://www.islamtimes.com/az/news/1159149/cinayətkar-israil-yenə-qaçqınları-hədəf-aldı-60-dan-çox-şəhid-var

Islam Times
  https://www.islamtimes.com