QR CodeQR Code

Pakistan-Əfqanıstan sərhədində atışma, ölənlər və yaralılar var

9 Sep 2024 12:33

IslamTimes - Əfqanıstanın Pilvasin rayonundan radikal taliblər tərəfindən müasir silahlardan istifadə etməklə Pakistanın nəzarət-buraxılış məntəqələri atəşə tutulub.


“Report” xəbər verir ki, bu barədə “The News” qəzeti məlumat yayıb.

Pakistan Sərhəd Korpusunun cavab atəşi nəticəsində ən azı səkkiz Taliban yaraqlısı öldürülüb, 16-sı yaralanıb.

Əfqanıstanın “TOLOnews” telekanalı Xost vilayətində mübahisəli sərhəd bölgəsində Taliban və Pakistan hərbçiləri arasında vaxtaşırı döyüşlərin ikinci gündür davam etdiyini bildirib.

Vurğulanıb ki, Əfqanıstan tərəfinin mübahisəli sərhəddə keçid məntəqəsi tikməsi səbəbindən sentyabrın 7-də Taliban və Pakistan sərhədçiləri arasında yenidən döyüşlər başlayıb.

Hər iki tərəfdən itkilərin olduğu qeyd edilib, lakin onların dəqiq sayı barədə məlumat verilməyib. Ərazidə hərbi hərəkətlər müşahidə olunub.


Story Code: 1158978

News Link :
https://www.islamtimes.com/az/news/1158978/pakistan-əfqanıstan-sərhədində-atışma-ölənlər-və-yaralılar-var

Islam Times
  https://www.islamtimes.com