QR CodeQR Code

Yarım milyon fələstinli şagird təhsildən məhrumdur

إسلام تايمز , 8 Sep 2024 23:58

IslamTimes - Fələstin Təhsil Nazirliyi tədris ilinin başlamasına bir gün qalmış Qəzzada 600 mindən çox şagirdin məktəbə getmək və təhsil almaq imkanından məhrum edildiyini açıqlayıb.


“Əl-Cəzirə”nin məlumatına görə, nazirlik vurğulayıb: “Təhsildən yararlanmaq ən ibtidai hüquqdur, buna görə də işğalçı İsrailin bombardmanına baxmayaraq, biz tələbələrə elektron təhsil imkanı yaratmağa və hətta çadırlarda dərslər keçirməyə çalışırıq”.

Sionist rejimin Qəzza zolağında on bir aydan artıqdır davam edən hücumları
nəticəsində 25 mindən çox uşaq şəhid olub və ya yaralanıb, onlardan 10 mini tələbə olub. İşğalçılar həmçinin amansız hücumlarında Qəzzada dövlət məktəblərinin təxminən 90%-ni dağıdıblar.


Story Code: 1158809

News Link :
https://www.islamtimes.com/az/news/1158809/yarım-milyon-fələstinli-şagird-təhsildən-məhrumdur

Islam Times
  https://www.islamtimes.com