Ehud Barak: Biz tam qələbədən daha çox məğlubiyyətə yaxınıq!
إسلام تايمز , 8 Sep 2024 22:48
IslamTimes - Sionist rejimin keçmiş baş naziri Ehud Barak bazar günü baş nazir Benyamin Netanyahu və onun kabinetini sərt tənqid edib.
Ehud Barak deyib: “İsrail Qəzzada heç bir strategiya və ya fəaliyyət planı olmadan çökür”.
Barak əlavə edib: "Biz tam qələbədən daha çox məğlubiyyətə yaxınıq və Filadelfiya dəhlizində (Misir-Qəzza sərhədi) qalmaq qərarı real şəraitə uyğun olmayan bir qərardır".
Sionist rejimin keçmiş baş naziri deyib: Mən Netanyahuya Qəzzədə uzun müddət qalmaqla bağlı xəbərdarlıq edirəm və bildirirəm ki, uzun illər Qəzzədə qalmağın heç bir faydası yoxdur.
O, sözlərinə davam edərək əlavə edib: “Netanyahu Qəzzada əsirlikdə olan israillilərin həyatını təhlükəyə atan səs-küylü qumarbazdır”.
Story Code: 1158808