QR CodeQR Code

Azərbaycanda sionist şirkətlər vergilərdən azad edilir

SaharTV , 8 Sep 2024 10:48

İslamtimes - Azərbaycan Sionist İsrail rejiminin yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərini ölkəyə dəvət edir və onları vergilərdən azad edir. Bu barədə qəsbkar rejimin Globes nəşri Azərbaycana köçmək mümkünlüyünü nəzərdən keçirən şirkətlərdəki mənbələrinə istinadla məlumat yayıb.


Globes nəşri yazır: Azərbaycan İsrailin yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərinə səxavətli vergi güzəştləri müqabilində ölkəyə köçməyi təklif edir.
Yazıda bildirilik ki, Azərbaycan sionist şirkətlərini 10 il müddətinə korporativ vergidən, əmlak vergisindən, torpaq vergisindən və dividend vergisindən tam azad etməyi təklif edir.
Nəşr xatırladır ki, bu, Azərbaycanın seçilmiş İsrail startaplarına təklif etməyə başladığı imtiyazların hamısı deyil.
Bu addım Bakıda texnologiyalar parkının işə salınması ilə bağlıdır, lakin Azərbaycan hökumətinin nöqteyi-nəzərinə görə, şirkətlər ölkənin istənilən bölgəsində yerləşdirilə bilər. Globes-ə məlum olduğuna görə, İsrailin yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən bir sıra  şirkətləri artıq ölkəyə köçmə barədə danışıqlar aparır.
Yuxarıda bəhs edilən vergi imtiyazları ilə yanaşı, şirkətlərin əməkdaşlarının 4700 ABŞ dollarına qədər aylıq əmək haqqına sıfır gəlir vergisi dərəcəsi tətbiq olunacaq.
Proqram çərçivəsində yaşayış icazəsinin rəsmiləşdirilməsində və məişət məsələlərinin həllində köməyi ehtiva edən ölkəyə immiqrasiya dəstəyi göstərilir.
"Azərbaycan Avrasiya regionunun texnologiya "atası" olmağa can atır, buna görə bu ölkəyə köçmək şirkətlərə türk ölkələrinə açılan bir qapı kimi fayda verə bilər. Bakının Ankara ilə münasibətləri "bir millət, iki dövlət" ideyasına əsaslanır. Buna görə Türkiyədə fəaliyyət göstərmək istəyən şirkətlər vəziyyətdən faydalana bilər", deyə nəşr yazır.
Proqrama Azərbaycanın İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi (İDDA) rəhbərlik edir.
Azərbaycan son illərdə ciddi-cəhdlə iqtisadiyyatın şaxələndirilməsi və neftdən "azad olma" üzərində işləyən Fars körfəzi ölkələrindən ilham alır. İDDA artıq müvafiq kadrların hazırlanması üzərində işləyir və İnternet texnologiyaları kurslarında 3000-dən çox tələbəyə təqaüd ayırır. Gələn il yerli sakinlər üçün təqaüdlərin sayının 5000-ə qədər artacağı gözlənilir. Məlumatda təqaüd ayrılan tələbələrin azərbaycanlı yoxsa sionist olduğuna aydınlıq gətirilməyib. 
İDDA-nın ölkəyə köçən startaplara dəstək üzrə vitse-prezidenti Paşa Əliyev ibrani dilində sərbəst danışır. O, Globes-lə söhbətində deyib ki, İsrail şirkətlərinin cəlb edilməsi təşəbbüsü Azərbaycanda güclü texnoloji ekosistemin qurulması üzrə daha geniş səylərin tərkib hissəsidir.
Qeyd edək ki, işğalçı sionist rejimin Azərbaycanda informasiya texnologiyalarına nüfuzunun uzun keçmişi var. Vaxtı ilə bu ölkənin ziyalıları və hətta dövlət adamlarının da sionistlərin peqasus adlanan proqramı vasitəsi ilə nəzarətdə saxlanıldığı barədə məlumatlara yayılmışdı.
 


Story Code: 1158721

News Link :
https://www.islamtimes.com/az/news/1158721/azərbaycanda-sionist-şirkətlər-vergilərdən-azad-edilir

Islam Times
  https://www.islamtimes.com