QR CodeQR Code

Macarıstan Ukraynaya silah tədarükü etməyəcək

7 Sep 2024 22:00

IslamTimes - Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib ki, ölkəsi Ukraynaya silah tədarük etməyib və etməyəcək.


Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Zoltan Kovaç “X” hesabında yazıb.

“Peter Siyarto Macarıstanın silaha deyil, diplomatiyaya sadiqliyini təsdiqləyərək vurğulayıb ki, Budapeşt Ukraynaya silah tədarük etməyib və etməyəcək yeganə Aİ və NATO üzvü olaraq qalır. Daha çox silah daha uzun müharibə, daha çox ölüm və daha çox dağıntı deməkdir”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, Siyarto Kiyevin Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün Qərb silahlarından istifadə etməsi ideyasını da pisləyib.


Story Code: 1158644

News Link :
https://www.islamtimes.com/az/news/1158644/macarıstan-ukraynaya-silah-tədarükü-etməyəcək

Islam Times
  https://www.islamtimes.com