QR CodeQR Code

Tramp "TikTok"a dəstək olacağına söz verdi

5 Sep 2024 09:16

IslamTimes - ABŞ-da Respublikaçıların prezidentliyə namizədi Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə “TikTok”u xilas edəcəyinə və amerikalıların bu sosial şəbəkəyə çıxışını təmin edəcəyinə söz verib.


Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Tramp bu barədə öz “Truth” sosial şəbəkəsindəki hesabında bildirib.

“TikTok”u ABŞ-da saxlamaq istəyən hər kəsə müraciət edirəm. Bu platformanı sevirsinizsə, Trampa səs verin. Əgər “TikTok” və ya ölkəmizin təhlükəsizliyi ilə maraqlanmırsınızsa, millətimizi məhv edəcək marksistləri dəstəkləyə bilərsiniz”, - deyə Tramp bildirib.

O, rəqiblərinin ABŞ-da “TikTok”u qadağan etmək niyyətində olduğunu da vurğulayıb. Tramp, hesabının təxminən 11 milyon izləyicisi olan bu platformada böyük ulduza çevrildiyini xatırladıb.

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi “TikTok”a qarşı məhkəmə iddiası qaldıraraq şirkətin 13 yaşından kiçik uşaqlardan şəxsi məlumatları valideynlərinin razılığı olmadan topladığını və bunun qanun pozuntusu olduğunu qeyd edib.
 


Story Code: 1158110

News Link :
https://www.islamtimes.com/az/news/1158110/tramp-tiktok-a-dəstək-olacağına-söz-verdi

Islam Times
  https://www.islamtimes.com