QR CodeQR Code

İngiltərə belə İsrailin cinayətlərinə göz yuma bilmir!

3 Sep 2024 08:32

IslamTimes - İngiltərə işğalçı İsrail rejiminə silah satışını dayandırır


Böyük Britaniya qaniçən İsrail rejiminə bəzi silahların satışını dayandırıb.

Modern.az xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Devid Lammi Parlamentin İcmalar Palatasında çıxışında deyib. O bildirib ki, qərar Böyük Britaniyanın silah ixracı lisenziyalarının nəzərdən keçirilməsindən sonra verilib və bu lisenziyaların beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması riski yaratması müəyyən edilib.

Nazir təxminən 350 lisenziyadan 30-nun dayandırılacağını açıqlayıb və vurğulayıb ki, bu, ümumi qadağa və ya silah embarqosu deyil: “Belə bir münaqişə ilə üzləşərkən, ixrac lisenziyalarını yenidən nəzərdən keçirmək Böyük Britaniya hökumətinin hüquqi öhdəliyidir. Təəssüf ki, bu gün aldığım qiymətləndirməyə əsasən, İsrailə bəzi Böyük Britaniya silahlarının ixracı beynəlxalq humanitar hüququn ciddi pozulması riskini daşıyır”,- deyə nazir deyib.

Qeyd edək ki, Böyük Britaniya cinayətkar İsrail rejiminə birbaşa silah tədarük etmir, lakin yerli şirkətlərin silah satması üçün ixrac lisenziyaları verir.


Story Code: 1157759

News Link :
https://www.islamtimes.com/az/news/1157759/ingiltərə-belə-israilin-cinayətlərinə-göz-yuma-bilmir

Islam Times
  https://www.islamtimes.com