SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının xarici işlər naziri Livan Hizbullah Hərəkatının Tehrandakı nümayəndəsi ilə görüşdə İranın müqaviməti dəstəkləməklə bağlı prinsipial siyasətinin davam edəcəyini vurğulayıb.
Bu məlumata əsasən, görüşdə Seyid Abbas Əraqçi sionist işğalçılığına qarşı region xalqlarının müqaviməti və qanuni mübarizəsini dəstəkləməyi İran İslam Respublikasının prinsipial siyasəti adlandırıb.
Bu görüşdə həmçinin Livandakı anti-İsrail müqavimət cəbhəsinin son vəziyyəti, Fələstin, Qəzzə və İordan çayının qərb sahilindəki mövcud hadisələr diqqət mərkəzində saxlanılaraq fikir mübadiləsi aparılıb.