QR CodeQR Code

“Müsavat” seçkilərdə “kütləvi pozuntular” olduğunu bildirir

2 Sep 2024 12:04

IslamTimes - “Müsavat” partiyası seçki məntəqələrində “karusel” əməliyyatının kütləvi hal aldığını bəyan edib.


“Müsavat” partiyası seçki məntəqələrində “karusel” əməliyyatının kütləvi hal aldığını bəyan edib. Partiyann press-relizinə əsasən, 17 saylı seçki dairəsinin 24 saylı məntəqəsində hətta Bakı şəhərində deyil, respublikanın rayonlarında qeydiyyatda olan şəxslər səs verir. 8 saylı seçki dairəsinin 31 saylı məntəqəsində qeydiyyatda olmayan şəxslər müəyyən edilib.  

Bununla belə bu məntəqəyə 62 seçicinin gəlməsinə baxmayaraq DSK-ya 180 nəfərin iştirakı barədə məlumat verilib.

8 saylı seçki dairəsinin 15 saylı məntəqəsində polis əməkdaşları seçicilərə hakimiyyət namizədinə səs vermək təlimatı verir.

Bakı şəhərində seçki komissiyaları üzvlərinin bir çoxu Seçki Məcəlləsinin 36.2 maddəsinə zidd olaraq müvafiq seçki dairələrinin ərazisində qeydiyyatı olmayan şəxslərdən ibarətdir.

71 saylı Cəlilabad şəhər seçki dairəsinin ərazisində eyni şəxsləri müxətlif məntəqələrə əvvəlki dövrlərdə olduğu kimi avtobuslar vasitəsi ilə deyil, minik avtomobilləri vasitəsi ilə həyata keçirilir.


Story Code: 1157608

News Link :
https://www.islamtimes.com/az/news/1157608/müsavat-seçkilərdə-kütləvi-pozuntular-olduğunu-bildirir

Islam Times
  https://www.islamtimes.com