QR CodeQR Code

ABŞ-də təyyarə yaşayış binasına çırpıldı

2 Sep 2024 10:39

IslamTimes - ABŞ-nin Oreqon ştatında iki mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər itkin düşüb.


Oxu.Az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Təyyarənin əvvəlcə elektrik xəttinin dayağına çırpıldığı, daha sonra yaşayış binasının üzərinə düşərək yanmağa başladığı bildirilib. Məlumata görə, yanğın dörd binaya yayılıb.

"Təyyarənin göyərtəsində iki nəfər olub və sərnişinlərdən biri itkin düşüb" , - deyə Qreşam yanğınsöndürmə xidmətinin rəisi Skott Lyuis bildirib.

Bundan əlavə, o, hadisə ilə bağlı beşə qədər ailənin köçürülməli olduğunu qeyd edib.


Story Code: 1157591

News Link :
https://www.islamtimes.com/az/news/1157591/abş-də-təyyarə-yaşayış-binasına-çırpıldı

Islam Times
  https://www.islamtimes.com