QR CodeQR Code

Sionist rejimdə etiraz aksiyası iştirakçılarının sayı 700 min nəfərə çatıb

2 Sep 2024 11:05

IslamTimes - İşğalçı İsraildə Qəzza zolağında atəşkəs razılaşması tələbi ilə keçirilən etiraz aksiyalarının iştirakçılarının sayı 700 min nəfərə çatıb.


“Report” xəbər verir ki, bu barədə “Ynet” portalı etiraz aksiyalarının təşkilatçılarına istinadən məlumat yayıb.

“Kütləvi mitinq şənbə günü Fələstin tərəfində əsirlikdə olan 6 nəfərin ölməsi xəbərinin ardınca fəallar tərəfindən təşkil edilib. Bazar günü axşam ölkə boyu etiraz aksiyalarında 700 min insan iştirak edib, Tel-Əvivin Kaplan küçəsindəki əsas nümayişdə isə iştirakçıların sayı 550 mindir”, – məlumatda diqqətə çatdırılıb.

 


Story Code: 1157587

News Link :
https://www.islamtimes.com/az/news/1157587/sionist-rejimdə-etiraz-aksiyası-iştirakçılarının-sayı-700-min-nəfərə-çatıb

Islam Times
  https://www.islamtimes.com