QR CodeQR Code

İlon Maska böyük şok: Bank hesabları donduruldu

31 Aug 2024 13:00

IslamTimes - Braziliyada İlon Maska məxsus olan “Starlink” peyk internet şirkəti ölkənin məhkəmə orqanları ilə üz-üzə gəlib.


Publika.az xəbər verir ki, Ali Məhkəmənin “X”-ə qanuni nümayəndə təyin etmək üçün verdiyi müddət başa çatdıqdan sonra “Starlink”-in Braziliyadakı bank hesabları dondurulub.

Qərarı qanunsuz olaraq xarakterizə edən Mask “Starlink”-in ödəniş ala bilmədiyi üçün pulsuz xidmət göstərməyə davam edəcəyini bildirib.

Mask hakim Moraesi tənqid edən bir çox paylaşım edib: “Alexander de Moraes özünü hakim kimi göstərən pis diktatordur”.

Moraesin bu qərarı Maskın qanuni nümayəndə təyin etməməsinə cavab kimi şərh edilib.

 


Story Code: 1157250

News Link :
https://www.islamtimes.com/az/news/1157250/ilon-maska-böyük-şok-bank-hesabları-donduruldu

Islam Times
  https://www.islamtimes.com