0
Thursday 29 August 2024 - 07:55

İnqilab Rəhbəri:” Müştərək mənafeyə əsaslanaraq əlaqələri inkişaf etdirmək İran və Türkmənistanın xeyirinədir”

Story Code : 1156791
İnqilab Rəhbəri:” Müştərək mənafeyə əsaslanaraq əlaqələri inkişaf etdirmək İran və Türkmənistanın xeyirinədir”
Görüşdə ilk öncə iki tərəfli əlaqələrin genişlənməsinə toxunan İnqilab Rəhbəri buyurublar ki, son illərdə İran-Türkmənistan əlaqələrinin genişlənməsi müsbət olub, lakin daha çox həmkarlıq üçün geniş imkanlar var və bunlardan istifadə edilməlidir.
Müəzzəm Rəhbər Türkmənistanın milli liderinin iki ölkə arasında Cənub-Şimal tranzit xəttinin və Türkmənistanın qaz xəttinin genişlənməsi layihəsi haqda sözlərini diqqətdə saxlayaraq adı çəkilən layihələrin önəmli olduğunu buyurmuşlar.
“Bu nəhəng layihələrin ekspertlərin, xüsusilə İranlı mütəxəssislərin iştirakı ilə icrası iki ölkənin dost və səmimi əlaqələrini daha da gücləndirəcəkdir”-İnqilab Rəhbəri əlavə edib.
İran prezidenti Məsud Pezeşkianın da iştirak etdiyi bu görüşdə Türkmənistanın milli lideri Qurbanqulu Berdiməhəmmədov iki ölkəni bir-birinə bağlılığını xatırladaraq deyiblər ki, Tehranda cənab prezidentlə müzakirələrimiz yaxşı keçdi və ümid edirəm ki, imzalanan razılaşmalar yaxşı nəticələr göstərəcəkdir.
İnqilab Rəhbəri ilə görüşündə mərhum prezident İbrahim Rəisinin xatirəsini əziz tutan Türkmənistanın milli lideri ölkələr arasında əlaqələrin inkişafı istiqamətində atılmış addımları həll edici olduğunu vurğulayıb.
“Türkmənistanın İranla uzun və müştərək sərhəddi həmişə sülh və dostluq sərhəddi olub və olacaq və biz bütün istiqamətlərdə əlaqələrin daha da genişlənməsinə hazırıq”-deyə Qurbanqulu Berdiməhəmmədov əlavə edib

 
Source : SaharTV
Comment