QR CodeQR Code

Çin Amerikaya xəbərdarlıq etdi: Tayvanı silahlandırmağı dayandırın

إسلام تايمز , 28 Aug 2024 22:25

IslamTimes - ABŞ Tayvanı silahlandırmağı dayandırmalı və Çinin sülh şəraitində birlik olmasını dəstəkləməlidir.


Çinin baş diplomatı Vanq Yi bu gün Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Salivan ilə görüşündə deyib ki, ABŞ Tayvanı silahlandırmağı dayandırmalı və Çinin sülh şəraitində birlik olmasını dəstəkləməlidir.

O, Tayvanın Çinə məxsus olduğunu və “Tayvanın müstəqilliyinin” sülh və sabitliyə ən böyük təhlükə olduğunu vurğulayıb.

Çin dövlət mediasının məlumatına görə, Vanq Salivana deyib ki, iki ölkə arasında rabitənin qarşılıqlı inkişafının yolu bir-birinə bərabər münasibət bəsləməkdir.

Bu söhbət Salivanın Çinə səfərinin ikinci günündə baş tutub. 


Story Code: 1156766

News Link :
https://www.islamtimes.com/az/news/1156766/çin-amerikaya-xəbərdarlıq-etdi-tayvanı-silahlandırmağı-dayandırın

Islam Times
  https://www.islamtimes.com