QR CodeQR Code

Venesuela Prezidenti hökumətdə genişmiqyaslı dəyişikliklər edib

28 Aug 2024 09:02

IslamTimes - Venesuela Prezidenti Nikolas Maduro hökumət orqanlarının yarısının rəhbərlərini dəyişdirərək genişmiqyaslı dəyişikliklər edib.


“Report” xəbər verir ki, bu barədə “Venezolana de Television” telekanalı məlumat yayıb.

Maduro Delsi Rodriqesi vitse-prezident kimi təsdiqləyib. Bundan əlavə, o, Neft Sənayesi Nazirliyinin rəhbəri olacaq.

Venesuelanın hakim Vahid Sosialist Partiyası sədrinin birinci müavini Diosdado Kabello, siyasi müstəqillik, təhlükəsizlik və sülh üzrə vitse-prezident, daxili işlər naziri təyin edilib. Öz növbəsində, Miranda ştatının qubernatoru Hector Rodriqes ərazi sosializminin inkişafı üzrə vitse-prezident olacaq.

Dövlət Neft Şirkəti PDVSA və Minneftin keçmiş rəhbəri Pedro Teleçea sənaye və milli istehsal naziri olub. PDVSA-ya Dövlət Konserninin hazırkı vitse-prezidenti Hector Obreqon rəhbərlik edəcək.

 


Story Code: 1156612

News Link :
https://www.islamtimes.com/az/news/1156612/venesuela-prezidenti-hökumətdə-genişmiqyaslı-dəyişikliklər-edib

Islam Times
  https://www.islamtimes.com