QR CodeQR Code

Tramp Harrislə debat tarixini RAZILAŞDIRDI

28 Aug 2024 01:40

IslamTimes - ABŞ-ın keçmiş prezidenti Donald Trampla dövlət başçısı postu uğrunda mübarizədə rəqibi Kəmalə Harris arasında sentyabrın 10-da debatın keçirilməsi ilə bağlı razılıq əldə olunub.


Publika.az xəbər verir ki, eks-prezident bu barədə “Truth” sosial şəbəkəsində məlumat verib.

Tramp vurğulayıb ki, o, radikal sol demokratlarla Harrislə mübahisə etmək üçün razılıq əldə edib. O əlavə edib ki, debat sentyabrın 10-da “ABC Fake News”da yayımlanacaq. Eyni zamanda, eks-prezident kanalı “ən çirkin və ən vicdansız” adlandırıb.

ABŞ prezidentliyinə namizəd əlavə edib ki, debat iştirakçıları ayağa qalxacaqlar, onlara qeydlər və vərəqlər gətirmək qadağandır. Telekanal debatın ədalətli və bərabər olacağına, tərəflərə əvvəlcədən sual verilməyəcəyinə əmin edib.


Story Code: 1156553

News Link :
https://www.islamtimes.com/az/news/1156553/tramp-harrislə-debat-tarixini-razilaşdirdi

Islam Times
  https://www.islamtimes.com