QR CodeQR Code

“Hizbullah” lideri bir neçə PUA-nın İsraildəki hədəfləri vurduğunu bildirib

26 Aug 2024 01:32

IslamTimes - Livanın “Hizbullah” hərəkatının buraxdığı pilotsuz uçuş aparatları işğalçı İsraildəki hədəfləri məhv edib.


“Report” xəbər verir ki, bu bəyanatla hərəkatın lideri Həsən Nəsrullah çıxış edib.

“Əməliyyatımız iki mərhələdən ibarət idi: birincidə eyni vaxtda 300-ə yaxın raket atdıq, ikincisində isə pilotsuz uçuş aparatları buraxdıq. Nəticədə biz İsrailin “Dəmir günbəz” hava hücumundan müdafiə sistemini yayındıra bildik və əldə etdiyimiz məlumata görə, bir neçə PUA hədəflərinə çatıb”, - deyə Nəsrullah bildirib.

O, əlavə edib ki, “Hizbullah” avqustun 25-də öz mülahizələrinə əsaslanaraq, digər müttəfiqlərindən ayrı hərəkət etmək qərarına gəlib və bunun səbəbi daha sonra açıqlanacaq.


Story Code: 1156172

News Link :
https://www.islamtimes.com/az/news/1156172/hizbullah-lideri-bir-neçə-pua-nın-israildəki-hədəfləri-vurduğunu-bildirib

Islam Times
  https://www.islamtimes.com