QR CodeQR Code

Narazı Azərbaycan xalqının cəmi 9 faizi etirazını dilə gətirməyə cürət edir!

24 Aug 2024 17:01

IslamTimes - Azərbaycanda keçirilən rəsmi sorğudan sonra əhalinin 9 faizinin hakimiyyətdən narazı olduğu bildirilib. Amma əsil həqiqətdə narazı kütlənin sayı bu rəqəmdən dəfələrlə çoxdur. Amma insanlar hakimiyyətin təzyiqlərindən çəkindiyindən etirazlarını dilə gətirməyə cürət etmirlər.


Time TV bildirir ki, Azərbaycan əhalisinin azı 9 faizi İlham Əliyevin fəaliyyətindən narazıdır.

Amma əsil həqiqətdə narazı kütlənin sayı bu rəqəmdən dəfələrlə çoxdur. Amma insanlar hakimiyyətin təzyiqlərindən çəkindiyindən etirazlarını dilə gətirməyə cürət etmirlər. Sorğuda etirazını dilə gətirən insanlar artıq itirməyə bir şeyi olmayan kütlədir. Ölkəni baş alıb gedən ədalətsizlikdən, korrupsiyadan cana yığılmış qazilər, sadə vətəndaşlardan bəziləri artıq şərlənərək həbsə alınmağa da hazır olduqlarından açıq şəkildə İlham Əliyev hakimiyyətindən narazı olduqlarını bildirirlər.

Maraqlıdır ki, sorğuda iddia edilən rəqəm Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınmış, hakimiyyətin maliyyə dəstəyilə Azərbaycana parlament seçkisini izləmək üçün dəvət edilmiş “SWG SPA” şirkəti tərəfindən yayılmış xəbərdə yer alıb. İtaliya şirkəti olduğu bildirilən qurum seçki öncəsi vəziyyətlə əlaqədar yerli respondentlər arasında sorğu keçirib. Məlum olub ki, ölkə əhalisinin maksimum 81 faizi İlham Əliyevin fəaliyyətindən razıdır. 10 faiz qismən razılaşır. 9 faiz isə ümumiyyətlə narazıdır.

Qeyd edək ki, hökumətyönlü şirkətin yaydığı məlumatda narazılığın faizi az göstərilməyə çalışılsa da, bu kifayət qədər ciddi rəqəmdir. Çünki 9 faiz əhali 1 milyon insanın ölkə rəhbərindən narazı qalması deməkdir. Bunun üzərinə qismən razıları gəlsək, ümumi olaraq ölkə əhalisinin 19 faizinin, yəni iki milyon insanın İlham Əliyevin fəaliyyətindən narazı olduğu təqdim edilib.

Qeyd edək ki, İlham Əliyevin bu ilin fevral ayında keçirilən prezident seçkilərində 92,2 faiz səs yığdığı elan olunmuşdu. İndi isə ona etimad 81 faizə enib. Bu da ölkə rəhbərinin hər ay minimum iki faiz etimad itirdiyini ortaya qoyur. Şirkər sorğunun 15 iyul-15 avqust tarixlərində keçirildiyini bildirib. 


Story Code: 1156007

News Link :
https://www.islamtimes.com/az/news/1156007/narazı-azərbaycan-xalqının-cəmi-9-faizi-etirazını-dilə-gətirməyə-cürət-edir

Islam Times
  https://www.islamtimes.com