QR CodeQR Code

KİV: HƏMAS nümayəndə heyəti Qahirədə keçiriləcək danışıqlarda iştirak etməyəcək

24 Aug 2024 18:45

IslamTimes - Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti bu gün Qahirəyə gedəcək, lakin Qəzza zolağında atəşkəslə bağlı işğalçı İsrail rejimi və vasitəçilər arasında aparılacaq danışıqlarda iştirak etməyəcək.


“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Bildirilib ki, Qahirədə Misir kəşfiyyatının nümayəndələri ilə görüşəcək HƏMAS nümayəndə heyətinə danışıqların nəticələri barədə məlumat veriləcək. Bundan başqa, nümayəndə heyəti işğalçı İsrail qüvvələrinin Filadelfiya dəhlizi də daxil olmaqla bütün Qəzza zolağından tamamilə çıxarılmasını tələb edəcək.

 


Story Code: 1155976

News Link :
https://www.islamtimes.com/az/news/1155976/kiv-həmas-nümayəndə-heyəti-qahirədə-keçiriləcək-danışıqlarda-iştirak-etməyəcək

Islam Times
  https://www.islamtimes.com