QR CodeQR Code

Bu il Ərbəində yürüşündə 23 milyon zəvvarın iştirakı gözlənilir

SaharTV , 21 Aug 2024 14:36

İslamtimes - Builki Ərbəin yürüşündə Həzrət İmam Hüseyn(ə) zəvvarlarının sayı ilə bağlı proqnoz verilib.


İraqın baş naziri builki Ərbəin yürüşündə Həzrət İmam Hüseyn(ə) zəvvarlarının sayı ilə bağlı proqnozunu açıqlayıb.
Məhəmməd Şiya əs-Sudani Ərbəin yürüşünün təhlükəsizliyi istiqamətində görülən işlərlə tanış olub, zəhmət çəkən hər kəsə öz minnətdarlığını bildirib.
Əs-Sudani bildirib ki, 2024-cü ildə baş tutacaq Ərbəin yürüşündə iraqlı və qeyri-iraqlı 23 milyon zəvvarın iştirak edəcəyi gözlənilir.
O, xarici zəvvarların İraqa gəlişinin asanlaşdırılması və rahatlaşdırılması üçün də tədbirlərin görülməsini tapşırıb.
Baş nazir hazırda gündə 140 mindən çox xarici zəvvarın İraq ərazisinə daxil olduğunu söyləyib.

 


Story Code: 1155307

News Link :
https://www.islamtimes.com/az/news/1155307/bu-il-ərbəində-yürüşündə-23-milyon-zəvvarın-iştirakı-gözlənilir

Islam Times
  https://www.islamtimes.com