QR CodeQR Code

Harrisin prezidentliyə namizədliyi RƏSMƏN TƏSDİQLƏNDİ

21 Aug 2024 09:09

IslamTimes - Rəsmi səsvermənin nəticələrinə görə, ABŞ-ın vitse-prezidenti Kamala Harris qarşıdan gələn noyabr seçkilərində Demokratlar Partiyasının dövlət başçısı vəzifəsinə namizədi kimi təsdiq edilib.


Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Səsvermə Harrisin özü, prezident Co Bayden və həyat yoldaşı Cilin bir gün əvvəl çıxış etdiyi United Center qapalı idman arenasında keçirilib. Harris Demokratlar Konvensiyasının üzvlərinə onun namizədliyini uzaqdan təsdiqlədikləri üçün təşəkkür edib.

"Mən sizə təşəkkür edirəm!" - Harris konqres iştirakçılarına video yayımla bildirib.

Cümə axşamı axşamı Harris partiyanın namizədliyini qəbul edən rəsmi çıxışla qurultay iştirakçılarına müraciət edəcək.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Vitse-prezident postunu tutan Kamala Harris iyulun 21-də Co Bayden yarışdan çıxdığını elan etdikdən sonra Demokratlar Partiyasından prezidentliyə namizəd olub. Respublikaçılar Partiyasının namizədi Donald Tramp onun əsas rəqibi olacaq.


 


Story Code: 1155234

News Link :
https://www.islamtimes.com/az/news/1155234/harrisin-prezidentliyə-namizədliyi-rəsmən-təsdiqləndi

Islam Times
  https://www.islamtimes.com