QR CodeQR Code

Putin Çeçenistanın fəxri vətəndaşı olub, ona Quran hədiyyə edilib

21 Aug 2024 08:21

IslamTimes - Çeçenistanın rəhbəri Ramzan Kadırov və Çeçenistan müftisi, Respublika Müsəlmanları Ruhani İdarəsinin sədri Salah Nejiyev Rusiya prezidenti Vladimir Putinə Çeçenistanın fəxri vətəndaşı döş nişanı və vəsiqəsini təqdim ediblər.


Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Rusiya lideri də öz növbəsində ev sahiblərinə əl işi olan qiymətli cilddə Quran hədiyyə edib.

Qeyd edək ki, avqustun 20-də Putin Çeçenistana gəlib. O, Çeçenistan Respublikasının birinci prezidenti, Rusiya Qəhrəmanı Axmat-Xaji Kadırovun dəfn olunduğu yerə baş çəkib və onu dostu adlandırıb.


Story Code: 1155231

News Link :
https://www.islamtimes.com/az/news/1155231/putin-çeçenistanın-fəxri-vətəndaşı-olub-ona-quran-hədiyyə-edilib

Islam Times
  https://www.islamtimes.com