QR CodeQR Code

Avstraliyada parlament partiyası işğalçı İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb

21 Aug 2024 07:21

IslamTimes - Avstraliyanın Yaşıllar Partiyasının parlament fraksiyası işğalçı İsrailə qarşı sanksiyalar tətbiq etmək və bu sionist rejimə hər cür dəstəyi dayandırmaq üçün ölkənin federal hökumətinə müraciət edib.


APA xəbər verir ki, partiya lideri Adam Bandt müvafiq bəyanatla çıxış edib.

O Qəzza zolağında soyqırım, aclıq və insan tələfatının şahidi olmuş Avstraliya vətəndaşlarının öz hökumətlərindən işğalçı İsrailə qarşı real tədbirlər və sanksiyalar gözlədiklərini bildirib.

“İnsanların istədiyi budur. Əllərinizi sıxmağı, yalvarmağı və Netanyahunun hökumətinin hər dəfə keçdiyi qırmızı xətlər haqqında danışmağı dayandırın”, - deyə o, parlamentdəki çıxışı zamanı bildirib.

Bundan əvvəl Yaşıllar partiyasının fraksiyası iki məsələni müzakirəyə çıxarıb və bu iki məsələ çərçivəsində İsrailə və onun hökumət üzvlərinə qarşı sanksiyalar tətbiq etməyi, o cümlədən İsraillə ikitərəfli silah ticarətini və F-35 təyyarələri üçün Avstraliyada istehsal olunan ehtiyat hissələrinin tədarükünü dayandırmağı təklif edib.

 


Story Code: 1155226

News Link :
https://www.islamtimes.com/az/news/1155226/avstraliyada-parlament-partiyası-işğalçı-israilə-qarşı-sanksiyalar-tətbiq-etməyə-çağırıb

Islam Times
  https://www.islamtimes.com