Vaşinqton Post etiraf edir
ABŞ-ın İrana qarşı “maksimum təzyiq siyasəti” iflasa uğrayıb
SaharTV , 18 Aug 2024 15:24
İslamtimes - Amerika nəşri Ağ Ev-in İrana qarşı hazırkı yanaşmasını tənqid edərək, ABŞ-ın İrana qarşı maksimum təzyiq siyasəti iflasa uğradığını etiraf edib.
The Washington Post" qəzetinin köşə yazarı Fərid Zəkəriyya bu nəşrdə yazıb: “Vaşinqtonun Tehrana qarşı siyasəti iflası tamamilə göz qabağındadır. Donald Trampın dövründən və ABŞ-ın Birgə Hərtərəfli Fəaliyyət Planından çıxmasından bəri Vaşinqtonun İrana qarşı siyasəti “maksimum təzyiq” olub. İrana qarşı sanksiyaların sayı Barak Obama dövründəki 370 işdən Tramp administrasiyasında 1500-dən çox işə yüksələrək, bu ölkəni dünyada sanksiya tətbiq olunan ölkələr arasında birinci yerə qoyub. Nüvə sazişini imzalayan digər ölkələrin etirazına baxmayaraq, ABŞ onların Tehranla daha çox iş görməsinin qarşısını almaq üçün ikinci dərəcəli sanksiyalardan istifadə etdi. Bayden administrasiyası da demək olar ki, Trampın siyasətini böyük ölçüdə davam etdirib”.
Müəllif soruşur: “Tramp və Baydenin maksimum təzyiq siyasətinin nəticəsi nə oldu? Məhdudiyyətlərdən asılı olmayaraq, İran nüvə proqramını geniş şəkildə inkişaf etdirdi. Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına görə, ölkənin zənginləşdirilmiş uranı hazırda nüvə sazişindən öncəki dövrdən 30 dəfə çoxdur”.
Story Code: 1154699