QR CodeQR Code

İndiyədək 1,5 milyon Ərbəin zəvvarı sərhədlərdən keçib

SaharTV , 17 Aug 2024 11:27

İslamtimes - Ərbəin mərkəzi qərargahının sədri bildiribdir ki, indiyədək Səmah saytında iki milyon altı yüz otuz mindən çox nəfər qeydiyyatdan keçib. O, deyib: Hüseyn Ərbəininin iranlı və qeyri-iranlı zəvvarlarının sərhədlərdən çıxışları ilə bağlı son statistika bir milyon beş yüz min nəfərdən yuxarıdır.


Seyid Məcid Mir Əhmədi bunları İranın birinci telekanalının saat iki buraxışında bildirib.
O, söyləyib: Altı sərhədimizdəki parkinqlərimiz təqribən əlli faiz dolub və zəvvarlar Kərbəlaya öz şəxsi avtomobillərilə səfər etmək istəyərlərsə, sonuncu günədək yetərincə və lazımi tutuma malik olacaqlar və bu barədə nigarançılıq yoxdur.
Ərbəin mərkəzi qərargahının sədri günvurma məsələsi barədə belə deyib: İndiyə kimi nə İraq şəhərlərində, nə də ki, öz sərhədlərimiz daxilində günvurmadan irəli gələn ölüm halı baş verməyibdir.
Mir Əhmədi söyləyib: İndiyədək beş vəfat halı olubdur ki, onların ikisi Nəcəfdə, ikisi Kərbəlada, biri də Nasiriyyədə baş verib. Vəfatlardan biri yol qəzası ilə, yerdə qalanları isə digər məsələlərlə əlaqədar olub.
Ərbəin zəvvarlarının Başmaq sərhədindən Süleymaniyyəyədək daşınmaları pulsuz həyata keçirilir
 


Story Code: 1154478

News Link :
https://www.islamtimes.com/az/news/1154478/indiyədək-1-5-milyon-ərbəin-zəvvarı-sərhədlərdən-keçib

Islam Times
  https://www.islamtimes.com