QR CodeQR Code

Qatil İsrail rejimi Qəzzada bir yaşdan kiçik 663 körpəni qətlə yetirib!

إسلام تايمز , 17 Aug 2024 10:15

IslamTimes - "Qaniçən İsrail Qəzzada bir yaşdan kiçik 663 körpəni, 8 aydan kiçik isə 115 körpəni qətlə yetirib" - BMT


İsrail ilə HƏMAS hərəkatı arasında müharibə başlayandan bəri Qəzza zolağında 115 körpə ölüb.

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi bu haqda məlumat yayıb.

Məlumatda bildirilir ki, qaniçən sionist rejimi tərəfindən bir ildən az müddət ərzində həyata keçirilən hücumlar nəticəsində 8 aydan kiçik olan 115 körpə amansızca qətlə yetirilib. Onların arasında ölüm zamanı yaşı bir aydan az olan 48 nəfər (42 %) var.

Hesabatda bildirilir ki, Səhiyyə Nazirliyi bundan əvvəl məlumat vermişdi ki, bu il avqustun 1-nə şəxsiyyəti təsdiq edilən və sənədləşdirilən 32,3 min ölən arasında 10,6 min uşaqdır ki, onlardan da 663 nəfəri bir yaşadək olub.


Story Code: 1154475

News Link :
https://www.islamtimes.com/az/news/1154475/qatil-israil-rejimi-qəzzada-bir-yaşdan-kiçik-663-körpəni-qətlə-yetirib

Islam Times
  https://www.islamtimes.com