QR CodeQR Code

Qəzza Səhiyyə Nazirliyi: Qəzzada 16 min uşaq şəhid olub

إسلام تايمز , 13 Aug 2024 13:37

IslamTimes - Qəzza Səhiyyə Nazirliyi işğalçı İsrail ordusunun Qəzza zolağında minlərlə kütləvi qətl törətdiyini və 16 min uşağı şəhid etdiyini açıqlayıb.


Qəzzanın Səhiyyə Nazirliyi bu gün səhər "Əl-Ərəbi" şəbəkəsi vasitəsilə elan edib ki, işğal olunmuş Fələstində müharibə başlayandan bəri qaniçən İsrail ordusu Qəzza zolağında 3400 kütləvi qətl həyata keçirib.

Qəzza Səhiyyə Nazirliyi həmçinin hücumların başladığı gündən Qəzza zolağında 16 min uşağın şəhid olduğunu açıqlayıb.

Nazirlik bildirib ki, Qəzza xəstəxanaları ərazisində 7-dən çox kütləvi məzarlıq yaradılıb və şəhidlər orada dəfn edilib.

Səhiyyə Nazirliyi qeyd edib ki, sionist rejimin dəfələrlə hücumları və təhdidlərinə baxmayaraq, Qəzzə əhalisi bu bölgənin şimal bölgələrini tərk etmir.


Story Code: 1153737

News Link :
https://www.islamtimes.com/az/news/1153737/qəzza-səhiyyə-nazirliyi-qəzzada-16-min-uşaq-şəhid-olub

Islam Times
  https://www.islamtimes.com