QR CodeQR Code

Sionistlərin Qəzza cinayəti: 2 milyon qaçqın, 10 min itkin!

إسلام تايمز , 12 Aug 2024 21:46

IslamTimes - Qəzzada dərc olunan son statistik məlumatlar göstərir ki, sionist rejimin davam edən hücumları səbəbindən 2 milyon fələstinli evindən-eşiyindən didərgin düşüb. 


Fələstin Mərkəzi Statistika Bürosunun bazar günü açıqladığı məlumatlara görə, işğalçı İsrail rejimi ötən ilin oktyabr ayından Qəzza əhalisinin təqribən 2 faizini qətliam edib. İsrail rejiminin Qəzzaya hücumları nəticəsində 40 minə yaxın insan həlak olub.

Ofisin bildirdiyinə görə, Qəzzada fələstinli qurbanların təxminən 24 faizi gənclərdir. Bu rəqəmlər həmçinin göstərir ki, Qəzzada 3500-ə yaxın uşaq qida çatışmazlığı səbəbindən ölüm riski ilə üzləşib. 

Sionist rejimin hücumları zamanı yaralananların təxminən 70 faizi qadın və uşaqlardır, 10 minə yaxın insan isə hələ də itkindir, 2 milyona yaxın insan isə qaçqın düşüb!


Story Code: 1153608

News Link :
https://www.islamtimes.com/az/news/1153608/sionistlərin-qəzza-cinayəti-2-milyon-qaçqın-10-min-itkin

Islam Times
  https://www.islamtimes.com