QR CodeQR Code

Prezident hədəfdə: “Bunu istəyən hər kəs güllələnir”

12 Aug 2024 21:30

IslamTimes - Slovakiya Baş naziri Robert Fitso və ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdlərindən sonra Serbiya Prezidenti Aleksandr Vuçiç də həyati təhlükə ilə üzləşib.


Teleqraf.com xəbər verir ki, bunu Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin deyib.

“Fitsoya, ardınca Trampa qarşı sui-qəsd baş verəndə mən Prezident Vuçiçə hazırlaşmasını söylədim. Çünki Ukrayna ilə bağlı sülh yolu ilə qərar verilməsinin tərəfdarı olan hər kəsin başına nəsə gəlir, güllələnir”, - ölkə rəsmisi bildirib.

Vulinin sözlərinə görə, Vuçiçin həyatı Serbiyanın hərbi neytrallığını dayandırmasını, Rusiyaya qarşı sanksiyalar tətbiq etməsini, Kosovonun müstəqilliyini tanımasını və Bosniya-Herseqovinadakı Serb Respublikasından imtinanı istəyənlər tərəfindən təhlükə altındadır.


Story Code: 1153605

News Link :
https://www.islamtimes.com/az/news/1153605/prezident-hədəfdə-bunu-istəyən-hər-kəs-güllələnir

Islam Times
  https://www.islamtimes.com