QR CodeQR Code

Tramp ABŞ hökumətini məhkəməyə verəcək

12 Aug 2024 21:18

IslamTimes - ABŞ–ın sabiq Prezidenti Donald Tramp Mar-a-Laqo basqını ilə əlaqədar Ədliyyə Departamentini məhkəməyə verməyi planlaşdırır.


Teleqraf.com xəbər verir ki, o, 2022-ci ildə onun Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahına təşkil olunmuş reydə görə hökumətdən 100 milyon dollar təzminat tələb edəcək. Onun vəkilləri bu addımın açıq siyasi izləmə olduğunu iddia edirlər.

Xatırladaq ki, 2022-ci il avqustun 8-də Federal Tədqiqatlar Bürosu Mar-a-Laqoya basqın təşkil edərək iqamətgahdan sənədləri götürüb. Basqından sonra Donald Tramp 37 ağır cinayətdə, o cümlədən milli müdafiə məlumatlarını qəsdən saxlamaqda, ədalətə mane olmaqda və yalan ifadələr verməkdə ittiham edilib. Lakin Tramp heç bir ittiham üzrə özünü təqsirli bilməyib.


Story Code: 1153604

News Link :
https://www.islamtimes.com/az/news/1153604/tramp-abş-hökumətini-məhkəməyə-verəcək

Islam Times
  https://www.islamtimes.com