QR CodeQR Code

Təqlid mərcəyi xunta rejiminin Qəzzədəki məktəbi bombalamasına reaksiya verib

Ayətullah Sistani: Dünya xalqlarını bir daha bu vəhşiliyə qarşı çıxmağa çağırıram

SaharTV , 12 Aug 2024 13:01

İslamtimes -Təqlid mərcəyi Ayətullah əl-üzma Sistani xunta rejiminin Qəzzədəki məktəbi bombalamasına reaksiya verib və ət-Təbiin məktəbinə hücumu şiddətli şəkildə qınayıb.


Ayətullah Sistaninin müraciətində deyilir: “Dünya xalqlarını bir daha bu qorxulu vəhşiliyə qarşı çıxmağa və məzlum Fələstin xalqına və İslam ümmətinə daha çox zərər vurmaq niyyətində olan işğalçıların pis planlarının tətbiqinə mane olmağa çağırırıq. Qəzzədəki müharibəni və soyqırımı dayandırmaq və bu bölgənin məzlum xalqına yardım etmək üçün birləşməliyik”.
Xatırladaq ki, İsrail ordusunun Qəzzədə adıçəkilən məktəbə zərbə endirməsi nəticəsində təxminən 150 dinc fələstinli şəhid olub və yaralanıb.
 


Story Code: 1153483

News Link :
https://www.islamtimes.com/az/news/1153483/ayətullah-sistani-dünya-xalqlarını-bir-daha-bu-vəhşiliyə-qarşı-çıxmağa-çağırıram

Islam Times
  https://www.islamtimes.com