QR CodeQR Code

ABŞ-ın ikiüzlülüyü: İsraili silahla təmin edib, atəşkəsə çağırırlar!

إسلام تايمز , 10 Aug 2024 12:38

IslamTimes - ABŞ dövləti dildə işğalçı İsraili Qəzzada qətliamı dayandırmağa səsləsə də, digər tərəfdən bu cinayətkar rejimə silah almaq üçün yardım ayırırlar.


CNN telekanalının verdiyi məlumata əsasən, rəsmi Vaşinqton 10 ay ərzində 40 min günahsız dinc sakini qətliam edən işğalçı İsrailə Amerikanın silah və hərbi texnikasını almaq üçün 3,5 milyard dollar yardım ayırır. ABŞ bu vəsaiti əvvəllər razılaşdırılmış əlavə hərbi yardım paketindən ayıracağını da bildirib.

Maraqlı məqam budur ki, ABŞ dövləti kameralar qarşısında işğalçı İsrail rejiminə Qəzzada müharibəyə son verməsi üçün təzyiq göstərdiyini iddia edir. Bu zəmində ABŞ dövlət katibi Antoni Blinken işğalçı İsrailin "müdafiə" naziri Yoav Qalantla telefon danışığı zamanı sionist rejimi Qəzza zolağında təcili atəşkəsə çağırıb. Amma görünən odur ki, ABŞ bu çağırışları ilə sadəcə Beynəlxalq İctimaiyyət qarşısında öz imicini qorumağa çalışır.


Story Code: 1153102

News Link :
https://www.islamtimes.com/az/news/1153102/abş-ın-ikiüzlülüyü-israili-silahla-təmin-edib-atəşkəsə-çağırırlar

Islam Times
  https://www.islamtimes.com