QR CodeQR Code

Medvedev beş bölgəni "Rusiya ərazisi" adlandırdı - “Götürməliyik”

8 Aug 2024 15:31

IslamTimes - Ukraynada davam edən xüsusi əməliyyat ekstraterritorial xarakter almalıdır.


Teleqraf.com xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna ordusunun Kursk vilayətinə hücumunu belə şərh edib.

Onun sözlərinə görə, bundan sonra əməliyyatlar yalnız “tarixi Rusiya əraziləri”nin qaytarılması əməliyyatı kimi qiymətləndirilə bilməz: “Hələ də Ukraynada olan ərazilərə girmək olar və lazımdır. Odessa, Xarkov, Dnepropetrovsk, Nikolaev və sair”.

Medvedevin fikrincə, sadaladığı bölgələr “tarixi Rusiya əraziləri”dir.

Rusiya rəsmisi onu da qeyd edib ki, qoşunlar Kiyevə çatmalı və daha da irəliləməyə davam etməlidir.

O vurğulayıb ki, hərbi əməliyyatlar yalnız Rusiya hakimiyyəti bunu məqbul hesab etdikdə başa çatmalıdır.

 


Story Code: 1152760

News Link :
https://www.islamtimes.com/az/news/1152760/medvedev-beş-bölgəni-rusiya-ərazisi-adlandırdı-götürməliyik

Islam Times
  https://www.islamtimes.com