QR CodeQR Code

Türkiyədə məşhur onlayn oyun platformasına giriş bloklandı

8 Aug 2024 14:09

IslamTimes - Türkiyədə məşhur onlayn oyun platforması Roblox-a girişi bloklayıb.


Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Texnologiya və Kommunikasiya Şurasının internet saytında məlumat verilib.

Platformaya giriş avqustun 7-də Adana şəhərinin cinayət məhkəməsinin qərarı ilə bağlanıb. Hökmün səbəbləri açıqlanmır.

Yerli mətbuatın yazdığına görə, “Roblox Corporation” tərəfindən hazırlanan və uşaqlar üçün uyğun olmayan məzmunu ilə zaman zaman tənqid edilən onlayn oyun platforması “Roblox”un bağlanacağı iddiaları uzun müddətdir davam edirmiş. Xüsusilə, “You Tube”da yayımlanan oyunun parodiya videolarının uşaqların psixoloji inkişafına verdiyi zərər müzakirə edilirdi.

Xatırladaq ki, avqustun 2-də Türkiyədə “Meta” şirkətinə məxsus “Instagram” sosial şəbəkəsinə giriş də bağlanıb. Türkiyə hakimiyyəti bu qərarın “Instagram”ın sosial şəbəkələrdən istifadə ilə bağlı yerli qanunvericiliyin tələblərini pozması ilə əlaqədar verildiyini bildirib.


Story Code: 1152747

News Link :
https://www.islamtimes.com/az/news/1152747/türkiyədə-məşhur-onlayn-oyun-platformasına-giriş-bloklandı

Islam Times
  https://www.islamtimes.com