QR CodeQR Code

"Dağıdıcı plan cızılıb, Cənubi Qafqazı parçalamaq istəyirlər" - Zaxarova

8 Aug 2024 10:50

IslamTimes - ABŞ-nin Ermənistanın Rusiyadan üz döndərmək istəməsi ilə bağlı bəyanatları yalandır.


Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Obrayenin Ermənistanın Rusiyadan üz döndərmək istəməsi ilə bağlı əsassız bəyanatına gəlincə, bu, amerikalılara xas olan geosiyasi mühəndisliyin növbəti nümunəsidir, bu, dünya ictimaiyyətinin nəzərində Vaşinqtona lazım olan “reallığı” uydurmaq istəyidir, bunun reallıqla heç bir əlaqəsi yoxdur”, - rusiyalı diplomat vurğulayıb.

Zaxarova ermənilər və ruslar arasında “əsrlər boyu mövcud olan əlaqələr”dən də söz açıb:

“Obrayen Birləşmiş Ştatlar sadə bir şeyi bilməlidirlər: ölkələrimiz arasında əsrlər boyu formalaşan əlaqələr (?) Qərbin onları daim keçirdiyi bütün sınaqlara tab gətirəcək. Biz tarix boyu qardaş erməni xalqına dəfələrlə yardım etmişik və bundan sonra da bunu etmək niyyətindəyik”.

Rusiya rəsmisi Qərbi Cənubi Qafqazda dağıdıcı gündəm irəli sürməkdə ittiham edib. Onun sözlərinə görə, Qərbin məqsədi Rusiyanın ənənəvi müttəfiqləri və qonşuları ilə tarixi əlaqələrini məhv edərək bölgəni parçalamaqdır.

Zaxarova əlavə edib ki, ABŞ Cənubi Qafqazda dövlət idarəetmə sistemlərini özünə tabe etməyə, resurs bazasına nəzarət etməyə və tranzit potensialından istifadə etməyə çalışır.

ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayen bundan əvvəl bildirmişdi ki, Vaşinqton Rusiyadan uzaqlaşmaq istəyən Ermənistana şərait yaratmağa çalışır. Onun sözlərinə görə, Ermənistan əhalisinin əhəmiyyətli hissəsi Rusiyanı tərk etmək istəyir.

“Biz Ermənistanın Rusiyadan uzaqlaşmasına şərait yaradırıq”, - amerikalı diplomat vurğulayıb.

 


Story Code: 1152697

News Link :
https://www.islamtimes.com/az/news/1152697/dağıdıcı-plan-cızılıb-cənubi-qafqazı-parçalamaq-istəyirlər-zaxarova

Islam Times
  https://www.islamtimes.com