QR CodeQR Code

Hizbullahın kamikadze dronu işğalçı İsrail artilleriyasına hücum edib

إسلام تايمز , 7 Aug 2024 23:40

IslamTimes - Livanın Hizbullah hərəkatı bu gün axşam saatlarında Fələstin xalqına dəstək və sionist rejimin Livanın cənubundakı terror hücumlarına cavab olaraq sionist rejimin "Əz-Zə'uradakı artilleriya bölməsini hədəfə aldığını elan etdi. 


Hizbullah bu nöqtəyə bir qrup kamikadze təyyarəsi tərəfindən hücum edildiyinə və bu əməliyyatda İsrail əsgərlərinin də birbaşa hədəfə alındığına diqqət çəkib.

Bu gün axşam saatlarında Livan İslami Müqaviməti işğal altındakı Fələstinin şimalında yerləşən “Əl-Məlkiyə” hərbi mövqeyinə raket zərbəsi endirdiyini də açıqlayıb.
Hizbullah bu gün günortadan sonra işğal altındakı Fələstinin şimalındakı Cəlul Ələm hərbi bazasının artilleriya hücumunun hədəfi olduğunu da açıqlayıb.

Livanın İslami Müqavimət Hərəkatı işğal altındakı Fələstində müharibə başlayandan bu yana sionist rejimin hərbi mövqelərinə 2500 dəfədən çox hücum edib.


Story Code: 1152654

News Link :
https://www.islamtimes.com/az/news/1152654/hizbullahın-kamikadze-dronu-işğalçı-israil-artilleriyasına-hücum-edib

Islam Times
  https://www.islamtimes.com