QR CodeQR Code

İşğalçı İsrailin Qəzza məktəbləri ilə müharibəsi!

إسلام تايمز , 7 Aug 2024 22:32

IslamTimes - Son bir neçə gün ərzində Qəzza şəhərində qaçqınların məskunlaşdığı məktəblər işğalçı İsrail ordusunun hədəfinə çevrilib.


Qəzzadan olan ailələr, sionist rejimin müharibəsi nəticəsində evlərindən, yurdlarından didərgin düşərək, təhlükəsiz məkan axtarışlarından sonra UNRWA-ya bağlı məktəblərə sığınıb. Amma onlar BMT-yə bağlı bu məktəblərin belə qaniçən İsrail rejiminin hədəfinə çevrilə biləcəyindən xəbərsiz olublar. 

Mətbuatda yayılan xəbərlərə görə, son bir neçə gün ərzində Qəzza şəhərində qaçqınların məskunlaşdığı məktəblər işğalçı İsrail ordusunun hədəfinə çevrilib. Bu hücumlar nəticəsində yüzlərlə fələstinli qaçqın şəhid olub və ya yaralanıb. Onların əksəriyyətini qadınlar və uşaqlar təşkil edir. Daha  öncə Nusirat və Xan Yunis məntəqəsindəki düşərgələr də işğalçı İsrail qırıcılarının hədəfinə çevrilmişdi.

Qəzza hökumətinin və Fələstin Xalqının Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Komissiyanın informasiya bürosunun məlumatına görə, işğalçılar müharibənin əvvəlindən indiyədək qaçqınların məskunlaşdığı 172 mərkəzi, o cümlədən UNRWA-ya, hökumət və özəl sektora bağlı 152 məktəbi hədəfə alıblar. Bu hücumlarda 1040-dan çox fələstinli şəhid olub.


Story Code: 1152633

News Link :
https://www.islamtimes.com/az/news/1152633/işğalçı-israilin-qəzza-məktəbləri-ilə-müharibəsi

Islam Times
  https://www.islamtimes.com