0
Wednesday 7 August 2024 - 14:34

HƏMAS özünə yeni rəhbər seçdi

Story Code : 1152543
HƏMAS özünə yeni rəhbər seçdi
Fələstinin Qəzzə zolağındakı HƏMAS-ın hərbi qanadının lideri Yəhya Sinvar təşkilatın Siyasi Bürosunun rəhbəri vəzifəsinə seçilib.
Müvafiq açıqlama hərəkatın teleqram kanalında dərc olunub.
Bildirilir ki, hərəkatın siyasi bürosunun rəhbəri vəzifəsinə mərhum İsmayıl Həniyyənin yerinə Yəhya Sinvar seçilib.
HƏMAS hökumətinin başçısı Əbu İbrahim kimi tanınan Yəhya İbrahim Sinvar 1962-ci il oktyabrın 29-da Qəzzə zolağında anadan olub.
Xatırladaq ki, HƏMAS-ın Siyasi Bürosunun keçmiş rəhbəri İsmayıl Həniyyə İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirakından sonra İsrail rejiminin Tehranda sionist rejimin terroru nəticəsində şəhid olub
 
Source : SaharTV
Comment