QR CodeQR Code

Hakan Fidandan o ölkələrə sərt təpki: “Dəhşətli ikiüzlülük var”

6 Aug 2024 17:33

IslamTimes - Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ və Avropa Birliyi (AB) üzvləri də daxil olmaqla, Qərb ölkələrinin işğalçı İsraillə bağlı mövqeyini sərt tənqid edib.


Teleqraf.com xəbər verir ki, Türkiyənin baş diplomatı bu ölkələri “ikiüzlü” adlandırıb.

“Ümumi anlamda dəhşətli ikiüzlülük var. Qərb Ukraynadakı işğalı cinayət hesab edir, İsrailin Fələstini işğal etməsini təbii və qanuni bir şey kimi görür. Ukraynada xalqı müqavimətə sövq edənlər fələstinlilərin müqavimətini cinayət hesab edirlər. Ukraynada müqaviməti, Fələstində isə işğalçını qeyd-şərtsiz dəstəkləyirlər”, - Fidan bildirb.

Nazir Qəzzadakı durumu görməzdən gələn Qərbin İsrailə silah-sursat göndərməyə davam etdiyini də söyləyib: “Qərb ictimai rəyi Qəzzadakı qırğına reaksiya versə də, hökumətləri sinifdə qaldı”.

Hakan Fidan qeyd edib ki, Türkiyə Fələstin coğrafiyasında ikidövlətli həll prosesini həyata keçirmək, Fələstin dövlətini tanımaq, regional sülh və təhlükəsizliyi təmin etmək üçün bütün diplomatik vasitələrdən istifadə edəcək.


Story Code: 1152341

News Link :
https://www.islamtimes.com/az/news/1152341/hakan-fidandan-o-ölkələrə-sərt-təpki-dəhşətli-ikiüzlülük-var

Islam Times
  https://www.islamtimes.com