QR CodeQR Code

Rusiya ilə əlaqələrin genişləndirilməsi İran xarici siyasətinin prioritetlərindəndir

SaharTV , 6 Aug 2024 13:20

İslamtimes -İran prezidenti strateji ortaq kimi Rusiya ilə əlaqələrin genişləndirilməsini İran İslam Respublikasının xarici siyasətinin prioritetlərindən adlandırıb və iki ölkə arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsinin sürətləndirilməsi vacibliyini vurğulayıb.


Məsud Pezeşkiyan dünən axşam Tehranda Rusiya Federasiyasının milli təhlükəsizlik şurasının katibi Sergey Şoyqu ilə görüşdə bildiribdir ki, Rusiya İran xalqının çətin günlərinin ölkələrindən olubdur.
İran İslam Respublikası ilə Rusiyanın regional və qlobal əməkdaşlıqlarının önəminə təkid edən İran prezidenti söyləyib: Biz bu qənaətdəyik ki, Amerika da daxil olmaqla bəzi güclərin dünyadakı totalitarlıq dövrü keçib və İran və Rusiyanın çoxqütblü dünyanın yayılması istiqamətindəki mövqeləri və əməkaşlıqlarının üst-üstə düşməsi, mütləq şəkildə/ beynəlxalq sülh və təhlükəsizliyin daha da yüksəlməsinə gətirib çıxaracaq.
Pezeşkiyan söhbətinin digər bir hissəsində sionist rejimin Qəzzədə törətdiyi dəhşətli cinayətlərə və regionda müharibəqızışdırma siyasətinə işarə edib və belə deyib: Bu rejimin məzlum və müdafiəsiz Qəzzə əhalisinə qarşı cinayətkarcasına hərəkətləri, həmçinin bizim ölkəmizdə Həmas hərəkatının siyasi bürosunun sədri şəhid İsmayıl Həniyyəyə qarşı terror hərəkəti bütün beynəlxalq qayda-qanunların pozulmasının bariz nümunəsidir.
 


Story Code: 1152309

News Link :
https://www.islamtimes.com/az/news/1152309/rusiya-ilə-əlaqələrin-genişləndirilməsi-iran-xarici-siyasətinin-prioritetlərindəndir

Islam Times
  https://www.islamtimes.com