QR CodeQR Code

ŞOK iddia: ABŞ İranı durdurmaq üçün MOSSAD-ı "vurdu"!

إسلام تايمز , 6 Aug 2024 08:37

IslamTmes - ABŞ rəsmi Tehrana bildirib ki, İranın Netanyahuya ən böyük zərbəsi Tehran-Vaşinqton arasında nüvə razılaşması əldə edilməsi ola bilər.


İşğalçı İsrail rejiminin İran prezidentinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər edən HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyəni terror etməsi bölgədə gərginliyi artırıb. İran sionist rejimin bu addımından sonra İsrailə ağır bədəl ödədəcəyini bildirib. İddia edilir ki, ABŞ İranla baş-başa gəlməmək üçün nümayəndə heyətini Türkiyə üzərindən gizli şəkildə İrana göndərib.

Küveytin “Al Ceride” qəzeti məlumat yayaraq bildirib ki, Netanyanun özbaşınalıqlarından cana doymuş rəsmi Vaşinqton bir növ ondan yaxa qurtarmağa çalışır. ABŞ düşünür ki, işğalçı İsrail rejimi İsmayıl Haniyəni terror etməklə İranı qıcıqlandırmağa, İsrailə hücum etməsi üçün rəsmi Tehranı təhrik etməyə çalışır. Belə olan halda isə ABŞ İsraili qorumaq üçün İranla baş-başa gəlməyə məcbur qala bilər. Amma ABŞ bugünki şəraitdə heç də yeni müharibə başlatmaq niyyətində deyil.

Xəbərdə ABŞ rəsmilərinin Ankaradan gizli şəkildə İrana gedərək “İsrailə hücum edib Netanyahunun hiyləsinə düşməyin” mesajı verdiyi iddia edilir.

Hmçinin iddia edilir ki, ABŞ nümayəndə heyəti İrandakı bəzi Mossad agentlərinin siyahısını xoşməramlılıq əlaməti olaraq İrana verib. ABŞ rəsmi Tehrana bildirib ki, İranın Netanyahuya ən böyük zərbəsi Tehran-Vaşinqton arasında nüvə razılaşması əldə edilməsi ola bilər.


Story Code: 1152247

News Link :
https://www.islamtimes.com/az/news/1152247/şok-iddia-abş-iranı-durdurmaq-üçün-mossad-ı-vurdu

Islam Times
  https://www.islamtimes.com